Giriş açarlarında data limitlərini necə təyin edə bilərəm?
Bütün giriş açarlarına tətbiq olunacaq data limiti təyin etmək mümkündür. Limiti təyin etmək üçün Outline Manager-i açıb Ayarlara keçid edin. Orada aktivləşdirildiyi zaman limit təyin etməyə imkan verən Data limitləri düyməsini görəcəksiniz.

Limit təyin edildikdən sonra son 30 gün ərzində data istifadəsini göstərən zolaqlı diaqramın olduğu giriş açarı səhifəsində hər bir istifadəçinin limitə çatıb-çatmadığını görə bilərsiniz.

Bütün giriş açarlarınız üçün limit təyin etməkdən əlavə, hər bir açar üzrə ayrıca data limiti təyin edə bilərsiniz. Bu ayar təyin etdiyiniz bütün defolt data limitlərini əvəzləyəcək, lakin defolt data limiti təyin etməmisinizsə, hələ də istənilən açar üçün data limiti təyin edə bilərsiniz.
Açar üzrə datanın ötürülməsi limitini təyin etmək üçün Outline Manager-i açaraq təyin etmək istədiyiniz açarın olduğu Bağlantılar tabına keçin və açar sətrinin sağ tərəfindəki menyuya klikləyin. Oradan Data Limiti seçiminə klikləyin. "Giriş açarım" üzrə data limitini dəyişmək üçün Data Limitləri ikonuna klikləyin.

"Fərdi data limiti təyin edin" seçimini edin. Bu qeyd xanasını seçdikdən sonra həmin açar üçün fərdi data limiti təyin edə biləcəyiniz sahə görünəcək. Tamamladığınız zaman data limitini yadda saxlamaq üçün YADDA SAXLAYIN düyməsinə klikləyin.

Seçilmiş açar üçün datanın ötürülməsi limitinizi yadda saxladıqdan sonra limit hər açar üçün data istifadəsi (son 30 gün ərzində) ilə yanaşı əsas ekranda görünəcək.
Giriş açarı üzrə data limitini silmək üçün əvvəlki kimi açarın "Data Limiti" dialoquna keçərək "Fərdi data limiti təyin edin" etiketli xananın işarəsini silin və YADDA SAXLAYIN düyməsinə klikləyin.

Data Limiti haqqında tez-tez verilən suallar
30 günlük ardıcıl data limiti nədir?
30 günlük ardıcıl data limiti ilə hər açarın son 30 gün ərzində istifadəsi cəmlənir və həmin müddət ərzində açardan istifadə limitdən aşağı olur. Təsiri ondan ibarətdir ki, açar 30 gün və ya daha az olan təqvim ayları daxil olmaqla, müəyyən 30 günlük müddət ərzində limiti keçə bilməz. Əslində bu, hər istifadəçinin mövcud datasının hər gün 31 gün əvvəl istifadə etdiyi miqdar qədər artacağı deməkdir.
Nəyə görə Outline ardıcıl limitlərdən istifadə edir?
Ardıcıl limitlər hər 30 günlük müddət ərzində zəmanət verir, yəni oxşar zəmanətləri təmin etməklə yanaşı, təkrarlanan limitə görə (məsələn, ayın fərdiləşdirilə bilən günü kimi) konfiqurasiya etmək daha sadədir. Onlar analitik xidmətlər və server statistikası kimi ümumi alətlərlə yanaşı, Outline data istifadəsi üçün mövcud displeylə də uyğunlaşır.
Data limitində hansı data hesablanır?
Hər giriş açarının serverdən çıxışı hesablamaya daxil edilir. Əslində bu, açarın adından serverdən kənara, eləcə də müştəriyə geri göndərilən data deməkdir. Praktik olaraq o, açardan serverə və geriyə göndərilən trafikə tam uyğun olmalıdır, buna görə də ümid edirik ki, istifadəçilərinizin hesablamalarına uyğun olacaq. Sorğu keçirdiyimiz bulud provayderlərə çıxış üçün ödəniş etdiklərinə görə onu seçdik.
İstifadəçilər data limitini aşdıqda onlara bildiriş göndəriləcək?
Hazırda mümkün deyil. Bir çox bulud provayderi 10 istifadəçini 100 GB ilə və ya 100 istifadəçini 10 GB ilə dəstəkləyə bilən bütün ay üzrə 1 TB kimi limit təqdim edir. Bunlar olduqca böyük rəqəmlərdir və bir çox istifadəçinin bu limitləri aşacağını gözləmirik. İstifadəçilərin limitə çatdıqda server menecerləri ilə əlaqə saxlayacağına ümid edirik. Bununla belə, bildirişlərin sizin istifadəniz üçün necə yararlı ola biləcəyi ilə bağlı verəcəyiniz məlumat bizim üçün əhəmiyyətlidir. Bizimlə burada əlaqə saxlaya bilərsiniz.
İstifadəçi data limitinə çatdıqda ona bildiriş göndəriləcək?
Limit son 30 günlük istifadəyə əsaslandığı üçün limitə çatan istifadəçinin əldə edəcəyi yeni datanın həcmi gündən-günə dəyişir. Xəbərdarlığın son istifadəçilərə kömək etməkdənsə, onlarda çaşqınlıq yaradacağını zənn edirik. Bu barədə burada qeyd edəcəyiniz rəy bizim üçün əhəmiyyətlidir.
İstifadəçinin data istifadəsini sıfırlaya bilərəm?
Xeyr, istifadəçi limiti hər zaman son 30 günlük data istifadəsini əhatə edir. Bununla belə, istifadəçi açarının data limitini artıra və ya onun üçün yeni açar yarada bilərsiniz.
Data limitlərini aktivləşdirdiyim zaman bəzi istifadəçilərim üçün giriş niyə ləğv edildi?
Data limitləri istifadəçilərin data limitlərinin aktiv edilib-edilməməsindən asılı olmayaraq qeydə alınan son 30 günlük data ötürülməsinə əsaslanır. Sözügedən istifadəçilər tətbiq olunmazdan əvvəl artıq limiti keçmiş ola bilərlər. Onu da nəzərə alın ki, bütün data limitləri, hətta tək açarın data limitini dəyişdirərkən belə tətbiq edilir.
"30 günlük 1 TB" kimi server üzrə ümumi limit təyin edə bilərəm?
Hazırda mümkün deyil. İstifadəniz haqqında burada təqdim edəcəyiniz ətraflı məlumat bizim üçün əhəmiyyətlidir.
Defolt data limiti və xüsusi açar üzrə ayrıca data limiti olduğu halda hansı tətbiq ediləcək?
Xüsusi açar üzrə data limiti təyin etdiyiniz istənilən defolt data limitini (əgər varsa) əvəz edəcək.
Defolt data limiti olmadan xüsusi açar üzrə data limiti təyin etmək mümkündür?
Bəli. Bir açarda data limiti təyin etmək üçün müəyyən edilmiş defolt limitə ehtiyac yoxdur. Məsələn, bir açar vasitəsilə həddindən artıq data ötürülməsinin qarşısını almaq üçün geniş şəkildə paylaşıla biləcəyini düşündüyünüz həmin açar üzrə limit təyin edə bilərsiniz.